Azərbaycanın ilk energetika naziri Əlirza Bayramzadə olub

image

Azərbaycanın ilk energetika naziri Əlirza Bayramzadə olub.

Renewables.az xatırladır ki, o, 1911-ci il martın 18-də Bakının Binə kəndində anadan olub.

1932-1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində təhsil alıb, mədənlərdə elektrotexnik, dispetçer, “Azərenerji”də mühəndis işləyib. 1958-ci ildə “Azərenerji”nin rəisi olub. O, “Şimal” Dövlət Rayon Elektrik Stansiyası, “Mingəçevir” SES, “Sumqayıt” İES və “Əli Bayramlı” Dövlət Rayon Elektrik Stansiyasının tikintisində təşəbbüs göstərib, Azərbaycanın şəhər və kəndlərinin elektrikləşdirilməsində böyük əməyi olub.

Ə.Bayramzadə 1955-ci ildə texnika elmləri doktoru, 1963-cü ildə isə professor adı alıb. Bu illərdə ixtiraçı və təkmilləşdirici, respublikanın əməkdar mühəndisi kimi fəxri adlara və bir sıra ali dövlət mükafatlarına layiq görülüb, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim işləyib.

Əlirza Bayramzadə 1962-ci ildə Azərbaycanın ilk energetika naziri təyin olunub və ömrünün sonuna kimi – 1963-cü ilədək bu vəzifədə işləyib. Ə.Bayramzadə Birinci Fəxri xiyabanda dəfn olunub.

“Bakı” Elektrik Stansiyası onun adını daşıyır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *