Azərbaycanla Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair memorandumun icrası müzakirə olunub

image

Vyana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovun Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonla görüşü olub. 

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun icrası, həmçinin enerji təhlükəsizliyi və enerji keçidinin uğurla həyata keçirilməsi məqsədilə müxtəlif bazar iştirakçılarının təmsil olunduğu enerji dialoqu platforması üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həmçinin Avropa ərazisində boru kəmərləri infrastrukturunun qurulması istiqamətində cari vəziyyət nəzərdən keçirilib və proseslərin sürətləndirilməsi üçün səylərin gücləndirilməsinin vacibliyi bildirilib. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *