Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Renewables.az-a bu barədə Nazirlikdən bildirilib.
Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi, o cümlədən “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarının enerjisistemə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib.
Görüşdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də iştirak ediblər.
Rəylər (0):