Bu ilin yanvar-noyabr aylarında "Azərenerji" ASC üzrə elektrik stansiyalarında enerji istehsalı 23 milyard 894,9 milyon kVt-saat təşkil edib.
Renewables.az operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 198,2 milyon kVt-saat və ya 0,8 faiz çoxdur.
Hesabat dövründə “Azərenerji” ASC üzrə su elektrik stansiyalarında 1 milyard 531,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilib (qalanı İstilik Elektrik Stansiyalarında).
Rəylər (0):