Ötən il "Azərenerji" ASC üzrə elektrik stansiyalarında enerji istehsalı 26 milyard 441,2 milyon kVt-saat təşkil edib.
Renewables.az operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,3 milyon kVt-saat və ya təqribən 1 faiz çoxdur.
Hesabat dövründə “Azərenerji” ASC üzrə su elektrik stansiyalarında 1 milyard 647 milyon kVt-saat elektrik enerjisi istehsal edilib (qalanı İstilik Elektrik Stansiyalarında).
Rəylər (0):