Bakı Enerji Həftəsi başlayır

image

Bu gün Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir.

Renewables.az xəbər verir ki, Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçiriləcək. 

Bakı Enerji Həftəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəsmi dəstək göstərir.

Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə təmsil olunacaq ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avrstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır.

Ənənəvi olaraq, bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirak edəcəyi gözlənilir.

Tədbirin təşkilatçısı Iteca Caspian, Caspian Event Oraganisers şirkətləri və onların beynəlxalq tərəfdaşları - ICA Events, CEM FZ LLC şirkətləridir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *