“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinin təşkilatçılığı ilə 31 may-3 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” Sərgisi keçiriləcək.
“Renewables.az”a bu barədə sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.
Energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə layihə və təkliflər “Caspian Power” sərgisinin iştirakçıları tərəfindən təqdim olunacaq. “Caspian Power” sərgisində enerjidən istifadə üzrə əldə edilmiş qabaqcıl təcrübələr paylaşılacaq, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumatlar təqdim ediləcəkdir. Sərginin proqramı bərpa olunun enerji, enerji obyektlərinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzuları əhatə edəcək. Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.
Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirakçılar siyahısında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyədən olan şirkətlər yer tutur.
Tədbirlərin sponsorları ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MASDAR, Tekfen, TotalEnergies, Turkish Petroleum, Uniper şirkətləridir. Baku Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. BMW brendini təmsil edən Improtex Motors şirkəti isə forumda yeni elektrik avtomobil modelini təqdim edəcək.
"Renewables.az" 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” Sərgisinə internet dəstəyi göstərir.
Rəylər (0):