Baronessa Nikolson: "BP və şirkətlər, nazirliklərlə birlikdə bərpa olunan enerji üzərində işləyirik"

image

"Böyük Britaniyada özümüzün də neft və qazımız var, ona görə də bu mənada şanslıyıq. Amma biz inanırıq ki, enerji əldə etməyin başqa yolları da var, ona görə də BP və buradakı digər şirkətlər vasitəsilə, nazirliklərlə birlikdə bərpa olunan enerji üzərində işləyirik".

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu "Report"a müsahibəsində Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib.

"Hesab edirik ki, bunda Azərbaycanla birlikdə bazar lideri ola bilərik. Həyatda yalnız bir enerji mənbəyi yoxdur, onlar çox saydadır. Bizim hər cür təkliflərimiz var, o cümlədən BP-nin hökumətə bərpa olunan enerji ilə bağlı hər cür təklifləri var. Ümid edirəm ki, yeni müqavilələrə görə tezliklə bura qayıdacağam", - deyə o qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *