“Azərbaycan Masdarın əsas strateji tərəfdaşıdır və bu gün imzalanmış müqavilələr ölkənin “yaşıl enerji” vizyonunun genişləndirilməsi prosesini sürətləndirməyə imkan verəcəkdir.
Renewables.az xəbər verir ki, bunu “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi bildirib.
“Qaradağ” GES quruda və dənizdə ümumi gücü 10 QVt olacaq bir neçə potensial külək, günəş və “yaşıl hidrogen” layihələri arasında birincisidir. Bu stansiyanın istismara verilməsi investisiya cəlbinin artması və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə səbəb olacaqdır. Biz Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə məqsədlərinə çatmasına dəstək vermək üçün birlikdə çalışırıq", - deyə “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi bildirib.
Rəylər (0):