BƏƏ şirkəti ilə əməkdaşlıq dənizdə və quruda külək enerjisi layihələrinin həyata keçirilməsini sürətləndirəcək

image

“AD Ports Group”un (BƏƏ) dəniz nəqliyyatı və əməliyyat klasterinə daxil olan “Safeen Group” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Azərbaycanın dəniz və gəmiçilik sektorlarının bir sıra sahələrində əməkdaşlığın nəzərdə tutulduğu Anlaşma Memorandumu imzalanıb.

Renewables.az "Safeen Group"a istinadən xəbər verir ki, sənəddə quruda və dənizdə logistikanın modernləşdirilməsinə dəstək, külək enerjisi layihələrinə xüsusi diqqətin yetirilməsi, bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanın hədəflərinin təşviqi məsələləri yer alıb.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev isə vurğulayıb ki, “Safeen Group” ilə əməkdaşlıq Azərbaycanın dənizçilik imkanlarının genişləndirilməsi üçün böyük potensiala malikdir: “Bu tərəfdaşlığın ölkəmizin dəniz sənayesinin inkişafına töhfə verəcəyini, dənizdə və quruda külək enerjisi layihələrinin həyata keçirilməsini sürətləndirəcəyini gözləyirik. Biz qlobal enerji təchizatı zəncirində çox mühüm hissə kimi Xəzər dənizinin tam potensialından istifadə etmək üçün birgə güclərimizdən istifadə etməyi səbirsizliklə gözləyirik”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *