“Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramının icrası ilə bağlı məsələlər müzakirə olunub

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb.

Renewables.az ADNSU-ya istinadla xəbər verir ki, universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən görüşdə bp şirkəti ilə ADNSU və UFAZ-ın əməkdaşlıq əlaqələri, o cümlədən ADNSU-nun Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramının icrası ilə bağlı məsələlər müzakirə olunub.

V.Əskərov ADNSU və UFAZ-da tədris sistemi haqqında məlumat verib, şirkətlə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. bp ilə ortaq təhsil layihələrinin icrasında daha böyük uğurlar əldə olunacağına ümid etdiyini deyən V.Əskərov ADNSU-nun Vorvik Universiteti ilə birgə ikili diplom proqramının icra vəziyyəti haqqında danışıb və UFAZ nümunəsi olduğunu xatırladaraq bu layihənin də uğurlu olacağını bildirib.

bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bir çox sosial layihələrin həyata keçməsinə, o cümlədən ADNSU və digər təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıb. Şirkətin təhsil layihələri haqqında məlumat verən B.Aslanbəyli ADNSU-nun Vorvik Universiteti ilə birgə ikili diplom proqramının icrasında maraqlı olduqlarını, həm də elmin, təhsilin inkişafına dəstək verən bir şirkət olaraq bu istiqamətdə əllərindən gələni əsirgəməyəcəklərini deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *