Bərpa olunan enerji mənbələri üzrə ikili diplom proqramına qəbulun vaxtı uzadılıb

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Vorvik Universitetinin “Warwick Manufacturing Group” (WMG) bərpa olunan enerji mənbələri sahəsində magistratura pilləsində ikili diplom proqramı üçün 2023-2024-cü tədris ili üçün boş yerlərə qəbul sentyabrın 10-dək uzadılıb.

Renewables.az ADNSU-ya istinadən xəbər veriri ki, bu proqram WMG tərəfindən həyata keçirilən 8 modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təqdim etdiyi 6 modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planıdır.

Sözügedən proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılıb. Məqsəd tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti sayəsində tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir.

Vorvik Universiteti 2023-cü ilin QS reytinqinə əsasən dünyada 64-cü yerdədir.

Tələb olunan sənədlər: Dövlət İmtahan Mərkəzinin magistratura imtahanının nəticəsi, müvafiq bakalavr pilləsində təhsil, İELTS nəticəsi (6.5), motivasiyanızı, kreativliyinzi, kommunikasiya bacarıqlarını əks etdirən videomüraciət (2 dəqiqədən çox olmamalı), onlayn müraciət formasını doldurmaq.

Proqram barədə daha ətraflı məlumat ADNSU-nun saytında yerləşdirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *