“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın İşçi Qrupunun iclası keçirilib.
Renewables.az bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, BOEMDA-nın direktoru Cavid Abdullayev çıxış edərək Komissiyanın son iclasında qəbul edilmiş qərarların icra vəziyyəti barədə danışıb.
Görüşdə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin icrası ilə bağlı aidiyyəti qurumlarla işlərin sürətləndirilməsi, Komissiyanın növbəti iclasına hazırlıq və digər cari məsələlərə dair müzakirələr aparılıb.
Rəylər (0):