Birinci rübdə elektrik enerjisi istehsalı azalıb

image

2024-cü ilin birinci rübündə ölkədə elektrik enerjisi istehsalı 6 milyard 681,9 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz azdır.

Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir. 

Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 6 milyard 458,7 milyon kVt-saat təşkil edib və bu da 8,8 faiz azdır.

Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 428,9 milyon kVt-saat (58,4 faiz çox), külək elektrik stansiyalarının enerji istehsalı 14,1 milyon kVt-saat (7,8 faiz az), günəş elektrik stansiyalarının enerji istehsalı 62,4 milyon kVt-saat (4,7 dəfə çox) təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *