Bolqarıstan Azərbaycandan “yaşıl enerji”nin ixracında mühüm rol oynayacaq

image

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı layihəsində mühüm rol oynayacaq.

Renewables.az “Report”a istinadla xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Vladimir Malinov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib.

Onun sözlərinə görə, əməkdaşlıq üçün əhəmiyyətli potensiala malik digər sahə bərpa olunan enerji mənbələrinin inkişafıdır.

O, həmçinin xatırladıb ki, ötən həftə Bolqarıstan Nazirlər Şurası ölkənin “Yaşıl Enerji” layihəsi (Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizi) üzrə birgə müəssisədə iştirakını təsdiqləyib: “Layihədə Bolqarıstanın Enerji Holdinqi və onun törəmə şirkətləri iştirak edəcək”.

V. Malinov əlavə edib ki, Bolqarıstan qabaqcıl elektrik ötürücü sistemi, qonşu ölkələrlə yüksək səviyyədə qarşılıqlı əlaqə, inkişaf etmiş elektrik enerjisi bazarı və bərpa olunan enerjiyə investisiya imkanları və təkcə Bolqarıstanda deyil, bütün regionda “yaşıl enerji”yə artan tələbat sayəsində layihədə mühüm rol oynayacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *