Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan “Boston Consulting Group” şirkətinin İcraçı direktoru Pattabi Seshadrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, görüşdə ənənəvi enerji resurslarının ixracı istiqamətində ölkəmizin uğurları, energetika sahəsində həyata keçirilən islahatlar, liberal elektrik enerjisi bazarının yaradılması üçün atılan addımlar, enerji keçidi siyasəti, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə reallaşdırılan layihələr, yaşıl elektrik enerjisi və hidrogen ixracı üzrə qurulan əməkdaşlıqlar və adıçəkilən istiqamətlərə xarici investisiyaların cəlbi ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.
Söhbər zamanı şirkətin iqlim dəyişikliyi və davamlılıq, aşağı karbonlu enerji mənbələrindən istifadəyə keçid kimi istiqamətlərdə fəaliyyətindən bəhs edilib, Azərbaycanda həyata keçirilən layihələrə maraq ifadə olunub. Gələcək əməkdaşlıq imkanlarına dair ekspertlər səviyyəsində qarşılıqlı məlumat mübadiləsi ilə bağlı razılığa gəlinib.
Rəylər (0):