Brüsseldə ölkəmizdə bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova və Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) təşkilatçılığı, “EU4Energy” proqramının dəstəyi ilə “Şərq tərəfdaşlığı ölkələrində təmiz enerji keçidinin təşviqi” proqramı üzrə keçirilən “Birgə İdarəetmə Komitəsinin İclası”nda iştirak edib.

Renewables.az AREA-ya istinadla xəbər verir ki, direktor müavini Aygün Zeynalova iclasda çıxış zamanı ölkəmizdə bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Həmçinin, çıxış zamanı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində görülmüş işlər və əməkdaşlığın cari vəziyyəti barədə məlumat verilib, ölkəmizin yaşıl enerji ixracı potensialı haqqında danışılıb.

Çıxışda həmçinin “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiqinin Azərbaycanda yaşıl enerji mənbələrinin təşviqi baxımından önəmi vurğulanıb, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi və informasiya sisteminin yaradılması barədə məlumat verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *