Bu ilin 4 ayında elektrik enerjisi istehsalı artıb

image

2023-cü ilin yanvar-aprel aylarında ölkədə elektrik enerjisi istehsalı 9 milyard 241,7 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çoxdur.

Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.

Bu dövrdə əmtəəlik elektrik enerjisi istehsalı 8 milyard 964,7 milyon kVt-saat təşkil edib və bu da 6,8 faiz çoxdur.

Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 451,5 milyon kVt-saat (5,9 faiz az), külək elektrik stansiyalarının enerji istehsalı 21,2 milyon kVt-saat (41,3 faiz çox), günəş elektrik stansiyalarının enerji istehsalı 18,9 milyon kVt-saat (6,2 faiz çox) təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *