Budapeştdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin beşinci iclası keçiriləcək

image

Noyabrın 21-də Macarıstanın Budapeşt şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçiriləcək.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycanı tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda nazirlərin 4-cü iclasında qəbul olunmuş məsələlər üzrə görülən işlər, layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması istiqamətində yerinə yetirilən tədbirlərin cari vəziyyəti və layihə üzrə qarşıda duran vəzifələrin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, bu ilin 25 iyulunda Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *