Cari ilin 4 ayında elektrik enerjisi istehsalı 6,5 % artıb

image

2023-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 600,3 mln. kVt-saat, yəni 6,5 % artaraq 9 852,1 mln. kVt-saat olub.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadla xəbər verir.

Hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-aprel aylarına nisbətən SES-lərdə 30,8 mln. kVt-saat azalaraq 462,0 mln. kVt-saat, digər mənbələr üzrə isə 2,1 mln. kVt·st azalaraq 124,0 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 21,4 mln. kVt-saat, günəş elektrik stansiyalarında 19,1 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 83,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 892,8 mln. kVt·st (SES-lərdə 433,1 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 128,95 mln. kVt-saat (SES-lərdə 25,69 mln. kVt-saat, Günəş ES-də 17,35 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 16,4 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 813,95 mln. kVt-saat təşkil edib.

2023-cü ilin yanvar-aprel ayları ərzində elektrik enerjisinin idxalı 41,1 mln. kVt-saat olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt-saat, ixrac isə 1 244,1 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 725,6 mln. kVt-saat artıb.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,6 mln. kVt-saat  və ya 2,4 % artaraq 2095,9 mln. kVt-saat olub. Aprel ayında elektrik enerjisinin idxalı 9,6 mln. kVt-saat, ixrac isə 9,7 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *