Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “A-Z Czech Engineering” MMC arasında Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Renewables.az-ın məlumatına görə, sənədlərə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “A-Z Czech Engineering”-in baş direktoru Milan Pavlicek imza atıb.
İmzalanma mərasimi bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu çərçivəsində baş tutub.
Rəylər (0):