“China Energy” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb

image

Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Energy International Group Co.Ltd” şirkətinin sədri Lyu Zexiang ilə görüşüb.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb, istehlak və ixrac məqsədli enerji layihələri, “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”  barədə məlumat verilib.

“China Energy” şirkəti ilə bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası, “yaşıl enerji”nin ötürülməsi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Şirkətlə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *