Çin Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir.
Renewables.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao deyib.
“Energetika sahəsi ikitərəfli əməkdaşlığımızda yeni təmas nöqtəsidir. Ötən il Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsinə sevindik”, - o bildirib.
Taonun sözlərinə görə, Çin günəş enerjisi layihələrinə investisiya qoymaqda maraqlıdır.
“Ümid edirik ki, Azərbaycanın “yaşıl” keçid səylərinə töhfə verməyə davam edəcəyik”, - o əlavə edib.
Rəylər (0):