Çin səfiri: "Bərpa olunan enerji və "yaşıl" sənaye yeni qarşılıqlı fəaliyyət sahələrinə çevrilib"

image

Azərbaycanla Çin arasında münasibətlər çox qədim tarixə əsaslanır. Bu gün Çin Xalq Respublikası Azərbaycanda bir sıra layihələrdə iştirak edir.

Renewables.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min deyib.

Onun sözlərinə görə, investisiya sahəsində ikitərəfli əməkdaşlıq intensivləşib, bərpa olunan enerji və “yaşıl” sənaye yeni qarşılıqlı fəaliyyət sahələrinə çevrilib.

“Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin gedişini diqqətlə izləyirlər. Bir sıra müəssisələrin nümayəndələri bu ərazilərdə olub, “ağıllı kənd” kimi layihələrin həyata keçirilməsində və hava limanları üçün avadanlıqların təchizatında iştirak ediblər”, - deyə Qo Min əlavə edib.

Diplomat qeyd edib ki, Azərbaycanda əməkdaşlıq imkanları axtaran Çin müəssisələrinin sayı sürətlə artır: “Hazırda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı, enerjinin saxlanması, kimya sənayesi, kənd təsərrüfatı, logistika və nəqliyyat kimi geniş spektrli layihələr üzrə fəal danışıqlar və məsləhətləşmələr aparılır. Azərbaycanda əməkdaşlıq imkanları axtaran Çin müəssisələrinin sayı sürətlə artır”, - deyə xanım Qo Min əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *