Çin şirkətinin innovativ həlləri Azərbaycanın bərpa olunan enerji sahəsində istifadə oluna bilər

image

İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Energy International Group Co., Ltd." şirkətinin prezidenti Çiao Subin ilə görüşüb.

Renewables.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun şəkildə inkişafı, bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.

Ölkəmizdə “yaşıl” enerji keçidinin sürətləndirilməsi, bərpa olunan enerji texnologiyalarının tətbiqi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan, "China Energy International Group Co., Ltd." şirkətinin təqdim etdiyi innovativ həllərlə Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarından səmərəli istifadə oluna bilər.

Tərəflər “yaşıl” enerji sahəsində əməkdaşlığın inkişafı, enerji saxlama texnologiyalarının mənimsənilməsi və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *