Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
Renewables.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Görüşdə EBRD-Azərbaycan əməkdaşlığının bərpa olunan enerji sahəsində genişləndirilməsinin əhəmiyyəti, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal təmsilçiliyini və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin ölkəmizdə keçirilməsinin perspektivlərini vurğulanıb.
“EBRD-nin bu istiqamətdə Azərbaycana dəstəyi ifadə olundu”, deyə nazir bildirib.
Rəylər (0):