“Dövlət qulluğunda “yaşıl enerji” konsepsiyası” mövzusunda tədbir keçirilib

image

Dövlət İmtahan Mərkəzi və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda “yaşıl enerji” konsepsiyası” mövzusunda tədbir keçirilib.

Renewables.az xəbər verir ki, tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.

Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov və Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev tədbirdə açılış nitqi ilə çıxış ediblər. Çıxış zamanı dövlətin ekoloji siyasəti, dövlət qulluğunda “yaşıl düşüncə və yaşıl yanaşmanın” təbliği, həmçinin tədbirin COP29 Konfransı ərəfəsində aktuallığı barədə iştirakçılara məlumat verilib.

Daha sonra Agentliyin müxtəlif struktur bölmələrinin rəhbərləri “Külək və günəş enerjisinin əsasları”, “Bərpa olunan enerji mənbələri ərazilərinin seçilməsi – dövlət orqanlarının qarşısında duran çağırış”, “Bərpa olunan enerji mənbələri sahəsində investisiya layihələrinin hüquqi bazası” və “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası Konsepsiyası” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Tədbir zamanı iştirakçıların təqdim olunan məsələlərlə bağlı sualları cavablandırılıb və geniş müzakirələr aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *