Dövlət Statistika Komitəsi 2023-cü il üzrə elektrik enerjisi göstəricilərini açıqlayıb

image

2023-cü ilin yanvar-dekabr aylarında ölkədə elektrik enerjisi istehsalı 27 milyard 561,5 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir. 

Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 26 milyard 636,1 milyon kVt-saat təşkil edib və bu da 0,7 faiz çoxdur.

Ötən il ərzində su elektrik stansiyalarının enerji istehsalı 1 milyard 697,8 milyon kVt-saat (8,7 faiz çox), külək elektrik stansiyalarının enerji istehsalı 56 milyon kVt-saat (32,3 faiz az), günəş elektrik stansiyalarının enerji istehsalı 65,6 milyon kVt-saat (8,8 faiz çox) təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *