Dünya Bankı AZURE layihəsinə 250 milyon dollar ayıracaq

image

Dünya Bankının Azərbaycanla yeni tərəfdaşlıq strategiyası “yaşıl” iqtisadiyyata keçid və bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləmək kimi məqsədlərlə bağlı hazırlanıb. 

Renewables.az bu barədə Bankın Bakı ofisinə istinadən xəbər verir.

Bildirilib ki, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində Bank, ilkin hesablamalara görə, külək və günəş enerjisinin inkişafı vasitəsilə “yaşıl” iqtisadiyyata keçidə can atan Azərbaycana dəstək olmaq üçün 250 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

Yeni strategiyanın əhatə edəcəyi digər perspektivli əməkdaşlıq sahələrinin müzakirələri hələ də davam edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *