Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun görüşü olub.
Renewables.az President.az saytına istinadən xəbər verir ki, Odil Reno-Basso COP29 çərçivəsində də EBRD ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də EBRD tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb.
Dövlət başçısı Azərbaycanla EBRD arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi ilə, həmçinin Orta Dəhliz və su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edərək, Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verildiyini, artıq ölkəmizin yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcəyini vurğulanıb.
Rəylər (0):