Ələt Azad İqtisadi Zonası bərpa olunan enerji avadanlıqları istehsal edən şirkətləri cəlb edəcək

image

Ələt Azad İqtisadi Zonası (AFEZ) bərpa olunan enerji mənbələri üçün avadanlıq istehsal edən şirkətləri azad iqtisadi zonada müəssisələr təşkil etməyə dəvət edir.

Renewables.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün AFEZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"AFEZ-də günəş panelləri, külək elektrik stansiyaları üçün detallar və avadanlıq, eləcə də bərpa olunan enerji mənbələri üçün komponentlər istehsal edən digər şirkətləri xoş qarşılayırıq", - o deyib.

Onun sözlərinə görə, artıq AFEZ-də fəaliyyət göstərən şirkətlər bütün qlobal iqlim standartlarına cavab verir və ekoloji təhlükəsizlik məsələlərinə ciddi yanaşır.

AFEZ İdarə Heyətinin sədri həmçinin AİZ ərazisində "yaşıl" sertifikatların fəaliyyətə başlayacağını bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *