Elnur Soltanov: 2 QVt-lıq "yaşıl" enerjini inteqrasiya etmək üçün 250 MVt-lıq anbar yaratmalıyıq

image

2 QVt-lıq "yaşıl" enerji”ni inteqrasiya etmək üçün Azərbaycana 250 MVt gücündə anbar lazımdır.

Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu COP29-un icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusundakı təqdimatında bildirib.

“Biz 2024-cü ildə ilk 50 MVt enerjinin saxlanması üçün şərait yaratmağı nəzərdə tuturduq. Geriyə qalan 200 MVt-la bağlı qərar lazım gəldikdə sonra veriləcək”, - o qeyd edib.

E.Soltanovun sözlərinə görə, ümumilikdə 250 MVt gücündə “yaşıl enerji” anbarının yaradılması layihəsinin 2027-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *