Elnur Soltanov: Qarabağda tətbiq olunan “yaşıl” enerji texnologiyaları Naxçıvanda da reallaşdırılacaq

image

İşğaldan azad edilən ərazilərdə yüksəkvoltlu enerji təchizatı sistemləri demək olar ki, tam qurularaq başa çatdırılıb.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə işçi qrupunun Şuşada keçirilən iclasında deyib.

O bildirib ki, işğaldan azad edilmiş Qarabağın elektrik enerjisi ilə təmin olunması yüksək sürətlə davam edir. Azərbaycan Prezidentinin tapşırığına əsasən burada “yaşıl” enerji texnologiyaları tətbiq olunur. Günəş və külək enerjilərinin əldə olunması üçün stansiyalar inşa edilir. Qarabağın iqlim potensialı imkan verir ki, burada “yaşıl” zona yaradılsın və ekoloji cəhətdən təmiz enerji istifadə olunsun.

Nazir müavini qeyd edib ki, Qarabağda tətbiq olunan “yaşıl” enerji texnologiyaları Naxçıvanda da həyata keçiriləcək. Naxçıvanın da iqlim şəraiti ekoloji təmiz enerji istehsal etməyə böyük imkanlar yaradır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *