Energetika naziri Pərviz Şahbazov 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransı çərçivəsində Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının (NEA) rəhbəri Zhang Jianhua ilə görüşüb.
Renewables.az-a bu barədə Energetika Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinlə münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan - Çin münasibətlərini strateji tərəfdaşlığa yüksəldən Birgə Bəyannamənin neft-qaz, bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafını təşviq edən rolundan bəhs edilib.
Həmçinin Energetika Nazirliyi ilə ÇXR-nın Milli Enerji Administrasiyası arasında imzalanmış energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun enerji sahəsində bütün istiqamətləri əhatə etdiyi vurğulanıb.
“China Energy Overseas Investment” şirkətinin 160 MVt gücündə günəş elektrik stansiyası layihəsində iştirakı, “PowerChina Huadong Engineering Co.Ltd” də daxil olmaqla Çin şirkətlərinin külək-günəş enerjisi layihələrinin icrasına cəlbi yüksək qiymətləndirilib.
Çin şirkətləri ilə “yaşıl enerji” üzrə yeni layihələrin həyata keçirilməsinə Milli Enerji Administrasiyasının dəstəyi ifadə olunub. Söhbət zamanı COP29-un Fəaliyyət Gündəliyinə və Çinin tədbirdə fəal iştirakına da toxunulub.
Rəylər (0):