Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) şöbə müdiri Fəqan Abdurəhmanov Azərbaycan İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüş keçirib.
Renewables.az BOEMDA-ya istinadən xəbər verir ki, görüşün əsas məqsədi tələbələr üçün enerji sahəsində informasiyanın əlçatanlığını təmin etmək və onlara faydalı olacaq məlumatları paylaşmaq olub.
Görüşdə energetika, geotermal enerji və “yaşıl enerji” sahəsində həyata keçirilən tədbirlər və yeniliklər barədə tələbələrə ətraflı məlumat verilib. Həmçinin geotermal enerji mənbələrinin hava şəraitindən asılı olmayaraq elektrik enerjisi istehsal etmək gücünə malik olduğu vurğulanıb.
Sonda görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
Rəylər (0):