"Enerjiyə qənaətin önəmi" mövzusunda vebinar keçiriləcək

image

Dekabrın 1-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerjiyə qənaətin önəmi” mövzusunda onlayn seminar keçiriləcək.

"Berpaolunanenerji.az"ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, vebinarda Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliyi şöbəsinin böyük məsləhətçisi Elçin Tarquluyev tərəfindən evlərdə, ofislərdə və ictimai binalarda enerjiyə qənaət yolları, enerjiyə qənaətin iqtisadi və ekoloji önəmi, ölkəmizdə enerjiyə qənaətlə bağlı görülən işlər və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üzrə atılan addımlar haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.

Onlayn seminarda iştirak etmək istəyənlər 1 dekabr tarixində saat 20:00-da Energetika Nazirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə seminara qatıla bilərlər.

https://www.facebook.com/ministry.energy


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *