Qara dənizin dibi ilə keçən ixrac sualtı kabel xəttinin tikintisinə 2023-cü ildə başlanacaq.
"Renewables.az"ın məlumatına görə, bu barədə “Fitch Solutions” reytinq agentliyinin hesabatında deyilir.
"Sualtı kabelin tikintisinə 2023-cü ildə başlanılacaq və ilk enerji nəqli 2029-cu ilə qədər gözlənilir. Azərbaycan Avropaya nəinki qaz, həm də "təmiz" enerji ixracını tədricən artırır ki, bu da həm qarşılıqlı fəaliyyətə müsbət təsir göstərəcək”, - agentliyin açıqlamasında deyilir.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanıb.
Rəylər (0):