Fuad Nəcəfli: "2024-cü ilin ikinci yarısında Naxçıvanda yaşıl enerji layihələrinin icrasının şahidi olacağıq"

image

Prezident Naxçıvan Muxtar Respublikasında səfərdə olarkən belə bir fikir səsləndirmişdi: “Naxçıvanın qazı, nefti olmasa da, günəşi var”. Buna uyğun olaraq da Naxçıvanın "yaşıl enerji" sahəsində aparıcı qüvvə olması hədəflənir.

Renewables.az-ın məlumatına görə, bunları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərə müsahibəsində deyib.

"Naxçıvanda günəşli günlərin sayı olduqca yüksəkdir, ərazilərimizdə külək resursları var. Ümumilikdə, "yaşıl enerji"yə keçidlə bağlı layihələr artıq işlənilib. Aparıcı şirkətlərlə ilkin memorandumlar imzalanıb. Hazırda layihələrin icrası ilə bağlı işçi layihələr hazırlanır. 2024-cü ilin ikinci yarısında bu layihələrin icrasının şahidi olacağıq", - F.Nəcəfli deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *