Fuad Nəcəfli: "Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək"

image

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Naxçıvanda təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı müəyyənləşdirilən əsas tədbirlərdəndir.

Renewables.az-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı zamanı çıxışında bildirib.

F.Nəcəfli əlavə edib ki, sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatda Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracının mümkünlüyü ilə bağlı səsləndirilən fikirlər forum və konfrans çərçivəsində müzakirə olunacaq məsələlərin əsas istiqamətlərini müəyyən edir.

Vurğulayıb ki, Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” mövzusunda keçirilən beynəlxalq konfrans yeni layihələrin reallaşdırılmasına zəmin hazırlayaraq, iki ölkə arasında strateji enerji əməkdaşlığını daha da möhkəmləndirəcək. Həmçinin bildirib ki, Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi və ixrac potensialının yaradılması istiqamətində yeni yol xəritəsi müəyyənləşəcək. Nəticədə Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *