Fuad Nəcəfli: "Bu il Naxçıvanda yaşıl enerji layihələri icra olunacaq"

image

“Yaşıl dünya naminə həmrəylik” ili elan olunan 2024-cü ildə Naxçıvanda ölkəmizin və dünyanın ən iri şirkətləri tərəfindən yaşıl enerji layihələri icra olunacaq, yeni elektrik stansiyaları, santrallar, müasir suvarma sistemləri tikilib istifadəyə veriləcək.

Renewables.az NUHÇIXAN-a istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən muxtar respublikada mühüm layihələrin icra olunduğunu diqqətə çatdıran Fuad Nəcəfli deyib ki, ötən il 11 prioritet istiqaməti əhatə edən layihələrin texniki-iqtisadi əsaslandırılması aparılıb və bunun üçün 50 milyon manata yaxın vəsait sərf olunub:

"Tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə layihələndirmə işləri yekunlaşdırılıb. Bu ildən başlayaraq artıq layihələrin konkret icrası təmin olunacaq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *