“Günəş enerjisindən istifadə” adlı elmi-populyar kitabın təqdimatı keçirilib

image

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun alimi, fizika üzrə fəlsəfə doktoru, dosent Oktay Salamovun həmmüəllifi olduğu “Günəş enerjisindən istifadə” adlı elmi-populyar kitabın təqdimatı keçirilib.

"Renewables.az" bu barədə AMEA-ya istinadən xəbər verir.

“Akademikitab” kitab evində keçirilən təqdimat mərasimində kitabın digər həmmüəllifi texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov, Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, AzMİU-nin “Ekologiya” kafedrasın professoru, texnika elmləri doktoru Fuad Hacızadə, Azərbaycav Dəniz Akademiyasının “Mexanika” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Həsənov, RPİ-nin “Bərpa olunan enerji növlərinin çevrilməsi laboratoriyası”nın rəhbəri, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova, həmin institutun elmi katibi fizika üzrə fəlsəfə doktoru, dosent Musa Nuriyev, həmiçinin də institutun müxtəlif laboratoriyalarının əməkdaşları iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Rəvan Mehdiyeva ənənəvi yanacaq növlərinin, o cümlədən neft, qaz, daş kömür kimi əsas yanacaq növlərinin tükənəcəyi və bu yanacaq növlərindən istifadə zamanı yaranan ekoloji problemlər barədə ətraflı məlumat verib və bu baxımdan, gələcək nəsillərin dayanaqlı enerji təminatı, həmçinin ətraf mühitin qorunması məqsədilə alternativ və bərpa olunan enerji mənbələrinin müxtəlif növlərindən istifadənin böyük əhəmiyyət kəsb etdiyini  bildirib.

Sonra çıxış edən kitabın həmmüəllifi Oktay Salamov sözügedən monoqrafiyanın yazılmasının zəruriliyi, bərpa olunan enerji mənbələrinin növləri və onlardan ölkəmizdə istifadə imkanları haqqında məlumat verib.

Kitabın digər həmmüəllifi olan Əlisgəndər Salamov isə bu elmi-populyar nəşrin  ərəsəyə gəlməsi prossesindən, məlumatların üslub və digər xüsusiyyətlərindən danışıb,  eləcə də nəşrin digər analoji kitablardan fərqli cəhətləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra fəxri qonaq qismində dəvət olunmuş “Azalternativenerji” MMC-nin əməkdaşı Rasim Məmmədov, professorlar Fuad Hacızadə və Vaqif Həsənov çıxış edərək ölkəmizin müxtəlif ərazilərində quraşdırılmış günəş və külək enerjisi qurğuları və Qobustanda quraşdırılmış bioqaz qurğusu haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər və kitabın əhəmiyyətdən danışıblar.

Tədbirin sonunda iştirakçılara müəlliflərin imzaladığı kitablar hədiyyə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *