Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) təşkilatçılığı ilə Hesablama Palatasının sədrinin müavini Nəsir Sadıqovun rəhbərliyi ilə qurum nümayəndələri 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına (GES) səfər ediblər.
Renewables.az BOEMDA-ya istinadən xəbər verir ki, nümayəndələr əvvəlcə Qaradağ GES-in ərazisi və fəaliyyəti ilə tanış olublar, onlara layihə ilə bağlı geniş məlumat verilib.
BOEMDA-nın direktoru Cavid Abdullayev qurum nümayəndələrini ölkəmizdə müvafiq sektor üzrə mövcud və gələcək işlər barədə məlumatlandırıb.
Görüş qarşılıqlı müzakirələrlə davam edib, suallar cavablandırılıb.
Rəylər (0):