"Bizdə günəş və küləkdən enerjinin əldə edilməsi ilə bağlı potensialın xəritəsi var. Bununla məşğul olan hökumət orqanı Energetika Nazirliyidir və bu nazirliyin bir hissəsi olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyidir".
"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Prezident: "Düşünürəm ki, əgər marağınız varsa bizim iqtisadiyyat naziri sizi əlaqə məlumatı ilə, Azərbaycana gəlmək, Azərbaycanda biznesə başlamaqla bağlı məlumatla təmin edə bilər".
Rəylər (0):