İlham Əliyev: Bizim sərmayə yatıracağımız sahə yalnız elektrik enerji şəbəkəsi olacaqdır

image

Bizim sərmayə yatıracağımız sahə yalnız elektrik enerji şəbəkəsi olacaqdır, çünki biz minlərlə meqavatla ölçülən külək və günəş enerjisini qəbul etmək üçün elektrik enerjisi şəbəkəmizi gücləndirməliyik.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda söyləyib.

Dövlət başçısı deyib ki, bərpaolunan enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdiriləcək: "Bərpaolunan enerji mənbələri haqqında həqiqətən də müzakirə etmək üçün böyük potensial var. 157 gigavat potensial yalnız dənizdə mövcuddur. İndi bir çox şirkət bizimlə işləyir və dediyim kimi, bütün bunları mənimsəmək üçün şəbəkəmizi gücləndirməliyik".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *