Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib.
Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib və bu sahədə yaxşı potensialın olduğu bildirilib.
Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunulub.
Rəylər (0):