Karbon izinin azaldılması məqsədi ilə tətbiq olunan proqnoz modellər və ssenarilər haqqında məlumat verilib

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) şöbə müdiri Rəna Hümbətova ADA universitetində keçirilən “İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi” üzrə 17-ci Beynəlxalq IEEE Konfransı (AICT 2023) çərçivəsində təşkil olunan “Qadınar Mühəndislikdə” panel müzakirəsində iştirak edərək çıxış edib.

Renewables.az xəbər verir ki, bu barədə AREA məlumat yayıb.

Çıxışda AREA tərəfindən iqlim dəyişmələrinə təsirinin azaldılması sahəsində həyata keçirlən mitiqasiya tədbirləri barədə, o cümlədən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna əsasən qəbul edilmiş “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” və bu sistemin digər hökumət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası haqqında geniş məlumat verilib.

Əlavə olaraq, energetika sektorunun karbon izinin azaldılması məqsədi ilə tətbiq olunan proqnoz modellər və ssenarilər haqqında məlumat iştirakçıların diqqətinə çatdırıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *