"Möhtərəm cənab Prezident, ilk növbədə, Cəbrayıl şəhərinə keçməmişdən əvvəl mən işğaldan azad edilmiş ərazilərlə bağlı aparılan işlərə qısaca toxunmaq istərdim. Sizin tapşırığınıza uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ümumi planı üzərində iş gedir, artıq bitmək üzrədir".
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Biz hazırda Əlaqələndirmə Qərargahı çərçivəsində alternativ enerji resursları üzərində də işləyirik. Artıq bu hissələrdə 240 kilovat gücü təmin edə biləcək günəş enerjisi təsərrüfatının təşkili planlaşdırılır", - deyə A.Quliyev vurğulayıb.
Rəylər (0):