Macar nazir: Azərbaycan yaşıl enerji istehsalı ilə bağlı uzaqgörən strategiya hazırlayıb

image

Macarıstan enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək.

Renewables.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakı Enerji Forumunda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışı zamanı deyib.

O bildirib ki, alternativ enerji istehsalını artırmaq lazımdır.

“Azərbaycan bu sahədə böyük işlər görür və Avropaya 1 qiqavat həcmində alternativ enerji ixrac etməyi planlaşdırıb. Azərbaycanın enerji sahəsində reallaşdırdığı layihələr qlobal xarakter daşıyır. Yaxın gələcəkdə dünyada elektrik enerjisinə tələbat 2 dəfə artacaq. Azərbaycan uzaqgörən enerji strategiyası hazırlayıb və həyata keçirir. Bu strategiya daha çox yaşıl enerji istehsal etməkdən ibarətdir ki, buna da Azərbaycanın təbii və coğrafi mövqeyi imkan verir. Macarıstan yaşıl enerjiyə keçid proseslərini dəstəkləyir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək”, - deyə macar nazir qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *