"Masdar" şirkəti ilə ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələrinin icrası müzakirə olunub

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Məslələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” (Abu Dhabi Future Energy Company) şirkətinin Baş əməliyyat direktoru Abdulaziz Alobaidlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.

Görüşdə “Masdar” şirkəti tərəfindən icra olunacaq, ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələrinin (Biləsuvar rayonunda 445 MVt, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası) icrası ilə bağlı müzakirələr aparılıb.

Həmçinin görüş zamanı gələcək perspektivdə enerji saxlanc sistemlərinin qurulmasına dair fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *