Mərkəzi Asiyadan Avropaya enerjinin ötürülməsi layihəsinin texniki tapşırıq sənədi hazırlanacaq

image

Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Azərbaycan və Qazaxıstanı birləşdirən Xəzər sualtı optik xəttin tikintisinin yekunlaşdırılması, “Mərkəzi Asiya-Avropa” marşrutu üzrə elektrik enerjisinin ötürülməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesinə başlamaq üçün texniki tapşırıq sənədinin tezliklə hazırlanması, sadalanan bütün istiqamətlər üzrə müvafiq addımların atılması razılaşdırılıb.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, razılaşma Astanada Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasında əldə olunub.

İclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin arasında ikitərəfli görüş olub. 

Görüşdə hər iki ölkənin “yaşıl enerji”yə keçid sahəsində ciddi səylər göstərdiyi vurğulanaraq bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələrdə Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə olunub. Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 21-ci iclasının gələn il Bakıda keçirilməsi razılaşdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *